Elmi tədqiqat məqsədilə ölkəyə gətiriləcək avadanlıqlar gömrük rüsumundan azad edilir

Elmi tədqiqat məqsədilə ölkəyə gətiriləcək avadanlıqlar gömrük rüsumundan azad edilir
# 22 fevral 2016 12:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Elmi tədqiqatlar aparmaq üçün Azərbaycana gətiriləcək bütün avadanlıqlar və vasitələr gömrük rüsumundan və digər ödəmələrdən azad ediləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, ikinci oxunuşda yenidən hazırlanan “Elm haqqında” qanunun 39-cu maddəsində təsbit olunub.

Maddənin 16-cı bəndində bildirilir ki, “Elmi müəssisə və təşkilatların Azərbaycan Respublikasına elmi tədqiqatlar aparmaq və qrant layihələrində istifadə olunmaq məqsədilə gətirdikləri elmi avadanlıq, cihaz, qurğu, dəzgah, reaktiv və digər vasitələr gömrük rüsumundan və digər ödəmələrdən azad edilir”.

Qanun layihəsi sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR