Hərbi çevrilişə cəhdlə bağlı Ankarada 149, Mersində isə 71 nəfər həbs edilib

Hərbi çevrilişə cəhdlə bağlı Ankarada 149, Mersində isə 71 nəfər həbs edilib
# 18 iyul 2016 00:20 (UTC +04:00)

Bakı-APA. Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı həbslər davam edir.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, iyulun 17-də paytaxt Ankarada 149 polis əməkdaşı çevrilişə cəhddə şübhəli bilinərək saxlanılıb.

“Anadolu” agentliyinin məlumatına əsasən, Mersində 9 hakim və prokurorluq orqanları əməkdaşı həbs edilib. Beləliklə, burada hərbi çevrilişin hazırlanmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılanların sayı 71-nəfərə çatıb.

Bundan əvvəl Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 2418 hərbçinin həbs edildiyi, 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verildiyi bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR