Bakı. Məlahət Nəcəfova - APA. “Bu həftə ABŞ-dan olan ticarət missiyasının və gələn həftə yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir”.
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib. Onun sözlərinə görə, hansı nümayəndə heyətinin gəlməsindən asılı olmayaraq, onlar 2 ölkə arasında ümumi əlaqələrə toxunur: "Bu həftə Azərbaycana gələn ABŞ-ın ticarət məsələləri ilə məşğul olan nümayəndə heyəti ABŞ-la Azərbaycan arasında iqtisadi əlaqələri genişləndirmək imkanlarına diqqətini yönəldəcək. Həmçinin ABŞ-dan Azərbaycana gələn həftə gözlənilən yüksək vəzifəli rəsmilərin səfəri zamanı üç əsas sahə, təhlükəsizlik, iqtisadiyyat və demokratiya da daxil olmaqla, iki ölkə arasında ikitərəfli əlaqələr müzakirə olunacaq”.
Səfir: “Gələn həftə ABŞ-dan yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir”
17 noyabr 2015 08:40 (UTC +04:00)
Xarici siyasət
Paşinyan: Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
16:09
14 may 2024
Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - YENİLƏNİB-1
16:09
14 may 2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək
14:18
14 may 2024
Avstriya Türkiyənin Cənubi Qafqazda vasitəçi rolunu üzərinə götürəcəyinə ümid edir
14:15
14 may 2024