Bakı-APA. Azərbaycan milli komandasının futbolçusu Tuğrul Erat Almaniyanı II Bundesliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın hücumçusu şərəfini qoruduğu Düsseldorf “Fortuna”sının heyətində “Union”la matça çıxıb.
XXI turun ev oyununa start heyətində başlayan Erat 90 dəqiqə meydanda olub. Yığmamızın futbolçusu qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açsa da, qonaqlar bərabərlik qolunu vura bilib – 1:1.
Bu xal itkisindən sonra hesabında 27 xal olan “Fortuna” 18 komanda arasında 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, yığmamızın hücumçusu II Bundesliqada 5-ci oyununda 2-ci qolunu vurub. Erat 2013-cü il dekabrın 14-də “Enerji” ilə matçda qol hesabını açmışdı.
Millimizin futbolçusu Almaniya çempionatında 2-ci qolunu vurdu
15 fevral 2014 09:38 (UTC +04:00)
Futbol
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024