Mübariz Əhmədoğlu: “İran rəhbərliyinin erməniləri imtiyazlı etməsi İran cəmiyyətində mənəvi tənəzzülü sürətləndirir”

Mübariz Əhmədoğlu: “İran rəhbərliyinin erməniləri imtiyazlı etməsi İran cəmiyyətində mənəvi tənəzzülü sürətləndirir”
# 03 dekabr 2012 10:08 (UTC +04:00)

Bakı-APA. “Ermənistana yaşamağa gələn iranlıların böyük əksəriyyəti erməni qadınlarla evlənirlər. Erməni qadınlarının onlara arvad olması xətrinə böyük əksəriyyəti dinini dəyişir. Erməni Apostol Kilsəsi dinini dəyişən belə iranlıların çox olduğunu bildirsə də, erməni qadınlarına belə dinini dəyişən iranlılara inanmamağı tövsiyə edir, çünki onlar müəyyən bir dövrdən sonra yenidən öz dinlərinə qayıda bilərlər”. APA-nın məlumatına görə, bu fikirlər Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğluna məxsusdur.

Politoloq bildirib ki, Ermənistandakı iranlıların davranışları ilə bağlı bizə bəlli olan bəzi faktlar iranlı kişilərin dinini dəyişməkdə və erməni qadınları ilə evlənməkdə niyyətlərinin ciddi olduğunu göstərir: “İranlı kişilər hicaba bürünmüş İran qadınlarından imtina etməklə özlərini normal dünyanın tərkib hissəsi kimi nümayiş etdirmək istəyirlər. Digər tərəfdən iranlı kişilərin evləndikləri erməni qadınların ev və maliyyə təminatı tamamilə reallaşdırılıb. Başqa sözlə, erməni qadını iranlı kişini “boşaya bilər”.

İran kişiləri faktiki 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindəki Azərbaycan kişilərinə bənzəyir. O zaman Azərbaycan kişiləri “Tükəzbanları” bəyənməyib, “Sonya və digər axçiləri” üstün tuturdular. Azadlıq əldə etmiş, savadlanmış Azərbaycan qadını kişilərimizi başqa millətin qadınlarının əlindən aldı. İran qadınlarının hicaba bürünməsi, təhsildən kənarda qalması ilə İran kişilərinin onlardan uzaqlaşması düz mütənasibdir. İran cəmiyyətindəki miqrasiyanın sürəti də təhlükəli həddədir. İntellektual, bacarıqlı gənclər ölkəni tərk edirlər.

İranın Ermənistan yeni təyin olunan səfiri M. Rəisinin aktivliyi əvvəlki səfirin aktivliyi ilə müqayisədə çox sönükdür. Lakin fəaliyyətində mühüm diqqətçəkən məsələ vardır: M. Rəisi Ermənistanda “İki mədəniyyət, iki millət, iki din” adlı tədbirlər seriyası keçirir. Prezident Əhmədinecadın Ermənistanı İranla “eyni mədəniyyətin daşıyıcısı” hesab etməsi fikri, az qala, “bir millət, iki dövlət” tezisinə çevrilmişdi. Əhmədinecad və onun yaxın ətrafı İranla Ermənistanın “eyni mədəniyyətin daşıyıcısı olmaq” tezisini təkcə Ermənistanda deyil, İranda da bir neçə dəfə təkrarlamışdılar. Ehtimal ki, səfir Rəisi də dini liderin komandasındandır və ona görə də ehtiyatla reallığı bərpa etmək istəyir. İranın Ermənistandakı səfirliyinin ikinci katibi Həmid Muradxani İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı fikrini səfirin şəxsi fikri adlandırdı. Səfirin mətbuat qarşısında və ictimai yerdə səsləndirdiyi fikrin şəxsi olub-olmamasını biz deyə bilmərik. Hər halda səfir Möhsün Pak Ayin Qarabağın Azərbaycana məxsus olmasını bir daha təkrarlasa da, İranın Ermənistandakı səfirliyi münasibət bildirmədi.

Bu iki fakt təkcə cəmiyyətin deyil, hakim elitanın da mənəvi tənəzzülə məruz qaldığını göstərir. Səfirin müşaviri həm əvvəllər İran cəmiyyətinə mövcud olmuş etikanı, ədəb-ərkanı deyil, həm də dövlət intizamını da pozur.

İran hakimiyyətinin apardığı siyasətin nəticəsi elə belə də olmalı idi. Amma o siyasətin daha böyük fəsadı orasındadır ki, İranın başında oturanları kar-kor edib. İran cəmiyyətində baş verənləri görüb eşidə bilmirlər. O cümlədən ermənini Azərbaycandan üstün tutmaq Azərbaycan torpaqlarını işğal edənlərə yardım etmək də bu siyasətin məntiqi nəticəsindən doğur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR