«Azərbaycan Sənaye Bankı»na yeni sədr təyin olunub - FOTO

«Azərbaycan Sənaye Bankı»na yeni sədr təyin olunub   - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 08:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə Hüseyn Özmən təyin edilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, H.Özmən Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasını dünya iqtisadiyyatı ixtisası üzrə bitirib.

Ümumilikdə 28 illik bank təcrübəsinə malik olan, əvvəlcə Türkiyə Mərkəzi Bankında mütəxəssis vəzifəsində işə başlayan, daha sonra Türkiyənin «Ziraat Bankı»nda müfəttiş işləmiş və rəhbər vəzifəsinə kimi yüksəlmiş H.Özmən Azərbaycanda «Azər-Türk Bank» və «Turanbank»ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Daha sonra Azərbaycanda Dünya Bankının maliyyələşdirdiyi və Azərbaycan hökumətinin dəstəklədiyi kənd təsərrüfatı sahəsi üzrə mikrokreditləri icra edən İcraçı Kredit Agentliyində İdarə Heyəti sədrinin I müavini olub. Həmçinin, o, IFAD-ın Kənd təsərrüfatının inkişafı Layihəsini həyata keçirən «Mikromaliyyə» qeyri-bank kredit təşkilatında İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildən fəaliyyətə başlayıb. Noyabrın 1-nə bankın aktivlərinin həcmi 155,9 mln. manat, depozit portfeli 82,2 mln. manat, kredit portfeli 127,5 mln. manat, nizamnamə kapitalı 28,0 mln. manat təşkil edir. Bankın ölkə üzrə 8 filialı, 2 şöbəsi, 33 bankomatı və 615 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 30 mindən, cəmi müştərilərinin sayı isə 50 mindən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR