Bakıda “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir - FOTO

Bakıda “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 09:44 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Dillər Universitetində (ADU) universitetin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

APA-nın məlumatına görə, konfransın açılışında çıxış edən ADU-nun rektoru Səməd Seyidov bildirib ki, son illər ölkədə dilçiliyin inkişafı prioritet sahələrdən birinə çevrilib: “Ölkə prezidentinin fərmanı ilə dilçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Məhz buna görə də dilçiliyin problemləri yüksək səviyyədə tədqiq olunmalıdır”.

Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli isə qeyd edib ki, konfransın əsas məqsədi dillərin tədris olunması prosesini yaxşılaşdırmaq, lüğətlərin tərtib edilməsi, kompyuter linqvistikası, tərcüməşünaslıq sahəsində təcrübə mübadiləsi aparmaqdır.

İki gün davam edəcək konfransda “Dil və kompüter”, “Xarici dillərin tədrisi kommunikativ səriştə kontekstində”, “Tərcümə dillərarası və mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi”, Psixolinqvistika: problemlər və perspektivlər” mövzuları üzrə bölmələrdə müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR