ETSN respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb

ETSN respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb
# 30 noyabr 2012 09:01 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-170, Kiçik Qafqazın çaylarında 55-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-150, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.


Noyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 146 m3/s, ongünlük normanın 79 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla ongünlük normanın 85 faizini təşkil edib.


Noyabrın 30-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə bu göstərici ongünlük normanın 136 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 6 sm artım, Şirvanda 5 sm, Bankədə , Salyanda və Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 429 sm, Şirvanda 319 sm, Salyanda 290 sm, Bankədə 241 sm, Araz çayının Novruzlu məntəqəsində isə 184 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR