Elmar Məmmədyarov Dublində bir sıra ikitərəfli görüşlər keçirib

Elmar Məmmədyarov Dublində bir sıra ikitərəfli görüşlər keçirib
# 07 dekabr 2012 13:12 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrlandiya Respublikasına səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidze ilə görüşdə ikitərəfli münasibətlər, regional layihələr, o cümlədən dünyada baş verən siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Tailand Krallığının Xarici İşlər Naziri Suraponq Toviçakçaykul ilə görüş zamanı iki ölkə arasında mövcud münasibətlər müzakirə olunub və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

İtaliya xarici işlər nazirinin müavini Marta Dassun ilə görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri, regional enerji layihələri, bu sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Ketrin Eşton ilə görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR