Azərbaycanda havanın soyuması ilə əlaqədar qaz təchizatı artırılıb

Azərbaycanda havanın soyuması ilə əlaqədar qaz təchizatı artırılıb
# 17 dekabr 2012 12:50 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Son gönlər havaların kəskin soyuması ilə əlaqədar olaraq Bakı şəhəri və regionlara verilən təbii qazın həcmi 25%-dən çox artırılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.

Onun sözlərinə görə, əgər bir neçə gün əvvəl Bakı şəhərinə gün ərzində 10,8 mln. kubmetr, regionlara isə 7,6 mln. kubmetr qaz verilirdisə, son günlər qazın həcmi artırılaraq Bakı şəhəri üzrə 13,8 mln. kubmetrə, regionlar üzrə isə 9,5 mln. kubmetrə çatdırılıb.

A.Ağayev bildirib ki, verilən qazın həcmi hava şəraitindən asılı olaraq tənzimlənəcək. «Azəriqaz» rəsmisi verilən qazın tələbatı tamamilə ödədiyini qeyd edib və müqayisə üçün bildirib ki, avqust ayında Bakıya verilən qazın həcmi 2,7 mln. kubmetr, regionlarda isə 1,9 mln. kubmetr olub. Başqa sözlə, hazırda həm paytaxta, həm də regionlara verilən qazın həcmi avqust ayındakına nisbətən 5 dəfə artıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR