Məhərrəm Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib

Məhərrəm Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib
# 29 noyabr 2019 17:34 (UTC +04:00)

Prezidentin Administrasiyasında yeni şöbə yaradılıb.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.

Sərəncamla Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR