İsveçdə keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinin biletlərinin satış günü və qiyməti açıqlanıb

İsveçdə keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinin biletlərinin satış günü və qiyməti açıqlanıb
# 22 noyabr 2012 08:54 (UTC +04:00)

APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, şounun biletləri noyabrın 26-da artıq satışa çıxarılacaq. Müsabiqənin icraçı prodüseri Martin Ostendal bildirib ki, şouya ən ucuz bilet 10 avro, ən bahalı bilet isə 216 avroya satışa çıxarılacaq: “Biz şadıq ki, biletləri Milad bayramı qabağı satışa çıxara bildik. Biletlər iki yarımfinallar, onların əsas məşqləri, eləcə də final və juri finalı üçün satılacaq”.


İcraçı prodüserin sözlərinə görə, müsabiqənin daimi fanatlarına fan zona üçün nəzərdə tutulan biletləri ala bilmələri üçün müəyyən vaxt ayrılacaq. Malmö arenada fanatlar üçün xüsusi zona ayrılıb. Fanatlar noyabrın 26-dan dekabrın 3-dək şounun keçiriləcəyi arenaya gəlib baxa bilərlər.

Şounun biletlərini «ticnet.se» saytından «online» olaraq sifariş vermək olar. Bir müddət sonra isə biletlərin köşklərdə satışı təşkil ediləcək.

“Eurovision-2013” mahnı müsabiqəsinin I yarımfinalı mayın 14-də, II yarımfinalı mayın 16-da, final şousu isə mayın 18-də keçiriləcək.

Xatırladaq ki, bu il may ayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində İsveç təmsilçisi Lorin “Euphoria” mahnısı ilə ölkəsinə qələbə qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR