Hələbdə Mərakeşin fəxri konsulu güllələnib

Hələbdə Mərakeşin fəxri konsulu güllələnib
# 06 dekabr 2012 00:41 (UTC +04:00)

Bakı-APA. Naməlum şəxslər Mərakeşin Suriyanın Hələb şəhərindəki fəxri konsulunu güllələyiblər. Bu barədə Məqrib Ərəb Press agentliyi məlumat yayıb.

Qatillər Məhəmməd Əlaəddin Kiyalini oteldən bir qrup şəxslə çıxarkən vurublar.

Hücum nəticəsində diplomatdan əlavə, bir nəfər də həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR