Bakıda tanışların mübahisəsi bıçaqlanma ilə nəticələnib

Bakıda tanışların mübahisəsi bıçaqlanma ilə nəticələnib
# 01 iyul 2016 02:50 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Sabunçu rayonunda tanışların mübahisəsi bıçaqlanma ilə nəticələnib.

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi Xasməmmədov 1 ünvanında baş verib. 32 yaşlı Əziz Azay oğlu Məmmədovun yaşadığı məhəllədə tanışı ilə mübahisəsi düşüb. Mübahisə əlbəyaxa davaya çevriləndə Əziz Məmmədovun tanışı cibindən çıxardığı bıçaqla ona xəsarətlər yetirib. Daha sonra o hadisə yerindən qaçıb. Yaralı qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Hadisə barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib. Polisdən verilən məlumata görə, hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. Onun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR