Aİ yeni Bank İttifaqının yaradılmasını təsdiq edib

Aİ yeni Bank İttifaqının yaradılmasını təsdiq edib
# 14 dekabr 2012 04:41 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı ölkələri başçılarının samitində Avropa Bank İttifaqının yaradılması təsdiq olunub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Aİ-nin prezidenti Herman Van Pompey bildirib ki, Bank İttifaqı vahid nəzarət sistemini tətbiq edəcək, Avropa bank sektorunun, ümumilikdə maliyyə sisteminin təkmilləşməsinə yardım edəcək.

O bildirib ki, Bank İttifaqının yaradılması vahid İqtisadi və monitar ittifaqın möhkəmlənməsi istiqamətində mühüm bir addım olacaq. Vahid İqtisadi və monitar ittifaq avro zona ölkələrinin iqtisadi və maliyyə fəaliyyətinin Aİ mərkəzi strukturları tərəfində idarə olunmasını və hökumətlərin suveren funksiyasının zəifləməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR