Pakistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib

Pakistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib
# 26 noyabr 2012 08:34 (UTC +04:00)

APA-nın xəbərinə görə, nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Fəzl Ur Rəhman jurnalistlərə açıqlamasında bu gün Azərbaycan Milli Məclisində keçirəcəkləri görüşlərdə Kəşmir və Dağlıq Qarabağ problemləri ilə bağlı müzakirələr aparılacağını deyib.

Komitə sədri bildirib ki, Pakistan Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyini həmişə dəstəkləyib və bu davam edəcək: “Bizim səfərin məqsədlərindən biri Kəşmir problemini müzakirə etməkdir. Bütün müsəlman aləmi, o cümlədən Azərbaycanın bu məsələdə Pakistana dəstək verməsini istəyirik. Eyni zamanda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağla bağlı da müzakirələr aparacağıq. Pakistan və Azərbaycanın Kəşmir və Dağlıq Qarabağ məsələsində bundan sonra hansı addımlar atacağını müzakirə edəcəyik”.

Nümayəndə heyəti MM-də Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR