Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub
# 17 noyabr 2012 08:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR