AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin tarixi məlum olub

AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin tarixi məlum olub
# 15 noyabr 2012 11:57 (UTC +04:00)

Bu barədə APA-ya maltalı həmməruzəçisi Jozef Debono Qrex bildirib.

Həmməruzəçilər 4 gün Bakıda olacaq, ölkə rəsmiləri ilə görüşlər keçirəcəklər. Səfərin məqsədi Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmə vəziyyətinin qiymətləndirilməsindən ibarətdir. Bu, Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin icra vəziyyətinə dair hesabatın AŞPA-nın plenar sessiyasına tövsiyə olunmasından əvvəl həmməruzəçilərin bölgəyə son səfəri olacaq.

Xatırladaq ki, Jozef Debono Qrex və Pedro Aqramunt sonuncu dəfə fevralın 1-3-də Azərbaycanda səfərdə olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR