Penzada Azərbaycan vətəndaşlarından 650 qutu spirtli içki müsadirə olunub

Penzada Azərbaycan vətəndaşlarından 650 qutu spirtli içki müsadirə olunub
# 08 dekabr 2012 09:04 (UTC +04:00)

APA-nın Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, araşdırmalar nəticəsində məlum olub ki, şübhəli tərkibdə olan bu içkilər rayona Azərbaycan vətəndaşları tərəfindən gətirilib. Spirtli içkilərin tərkibi yoxlanıldıqda onun tərkibində insan sağlamlığı üçün zərərli olan asetaldehid, aseton, metinol və s. kimi maddələrin olduğu aşkar edilib.

İstintaq zamanı saxlanan şəxslər içkilərin lisenziyasız istehsal olunduğunu etiraf ediblər. Hadisə ilə əlaqədar cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR