Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
# 11 oktyabr 2016 08:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə “Gənclər Şəhərciyi”nin qarşısında qeydə alınıb. Rayon sakini Kənan Əliyev idarə etdiyi “Opel” markalı maşınla yolu keçən 1968-ci il təvəllüdlü Polad Əşrəfovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR