Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunan kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunan kollegiya iclası keçirilib
# 07 dekabr 2012 07:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyində İcra xidməti yerli qurumlarının rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunan kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan icra işinin səmərəliliyinin artırılması, icradan yayınma hallarının qarşısının alınması, icra xidmətinin yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsi üzrə tədbirləri qeyd edib, icra vəziyyətinə dair hər altı aydan bir dövlət başçısına hesabatın təqdim olunmasını vurğulayıb.

Həmçinin, mürəkkəb işlərin mütəşəkkil və vaxtında icra olunması məqsədilə nazirlikdə təcrübəli işçilərdən ibarət xüsusi icra qrupu təsis edilib, icra məmurlarının polis əməkdaşları ilə əlaqəli fəaliyyətinin gücləndirilməsi üzrə birgə əmr verilib, habelə əhəmiyyətli struktur dəyişiklikləri aparılaraq Sumqayıt, Gəncə, Şirvan və Şəkidə geniş səlahiyyətlərə malik vahid icra qurumları yaradılıb.

İclasda bildirilib ki, görülən tədbirlər icra işinin səmərəliliyinin xeyli yüksəlməsinə səbəb olub, təkcə 2012-ci ilin 9 ayı ərzində 114 mindən çox işin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 70 milyon manat vəsait ödətdirilib, icradan yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunub, 2400-ə yaxın borclu şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb, 170-dən çox şəxs barəsində cinayət işi başlanıb.

Bununla belə aparılmış yoxlamalar, vətəndaşlardan daxil olan, o cümlədən nazirliyin və Baş Prokurorluğun "qaynar xətlərinə" edilən müraciətlərin araşdırılması nəticəsində ciddi nöqsanlar aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR