TMB kanalının yeni icraçı direktoru Azərbaycan Mətbuat Şurasında olub - FOTO

TMB kanalının yeni icraçı direktoru Azərbaycan Mətbuat Şurasında olub - <span style="color: red;">FOTO
# 29 noyabr 2012 14:29 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin TMB telekanalının yeni təyin olunmuş icraçı direktoru, Türkiyənin Azərbaycandakı Səfirliyinin sabiq mətbuat müşaviri Bülənt Uğurla görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov B.Uğurun yeni məsul vəzifədəki fəaliyyətində də Azərbaycan amilinin xüsusi nəzərə alınacağına əminliyini vurğulayıb: «Çünki Türkiyə ilə birgə Azərbaycan da ortaq türk mədəniyyətinin formalaşması prosesinə əməli dəstək vermiş ölkələrdəndir. Azərbaycan eyni zamanda mühüm informasiya mənbəyidir. Ölkəmizdə mədəniyyət və incəsənətlə bağlı çoxsaylı mühüm proseslər reallaşdırılır. Paytaxtda, eləcə də bölgələrdə dünyanın əksər yerlərindən olan tanınmış musiqi xadimlərinin nəhəng konsert proqramları baş tutur. Düşünürəm ki, bütün bunların təbliği ümumən türk dəyərlərinin təbliği baxımından son dərəcə böyük əhəmiyyətə malikdir».

B.Uğur yeni struktur islahatlarına başlamış TMB-nin Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirəcəyini, mövcud istiqamətdə layihələr reallaşdıracağını vurğulayıb. Onun sözlərinə görə, telekanal ortaq türk musiqisini türk toplumlarının yaşadıqları arealda yaymaqla insanların bir-birilərini daha yaxından tanımalarına şərait yaradacaq. Struktur fəaliyyətin əhəmiyyətli qismi bu vəzifənin icrasına yönələcək. B.Uğur TMB-nin gələcək planları içərisində türk xalqları arasında müxtəlif müsabiqələrin, o cümlədən Türkvision musiqi yarışmasının təşkilinin də yer aldığını diqqətə çatdırıb.

Qeyd edək ki, 1996-2005-ci illərdə Türkiyənin Mətbuat Yayım İnformasiya İdarəsinin İstanbul şöbəsinin müdiri vəzifəsini tutmuş B.Uğur 2005-2010-cu illərdə Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR