UNİCEF: Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan ilk MDB ölkəsidir

UNİCEF: Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan ilk MDB ölkəsidir
# 04 dekabr 2012 09:51 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. UNICEF 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı hökumət və vətəndaş cəmiyyətini əlilliyi olan uşaq və gənclərin hüquqlarının müdafiəsi sahəsinə diqqət və sərmayələrin qoyulmasına çağırıb.

UNİCEF-ın Bakı ofisindən APA-ya verilən məlumata görə, UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard bildirib ki, əlilliyi olan uşaqların üzləşdiyi çətinliklərin çoxu onların əlilliyi ilə deyil, qarşılaşdıqları ayrı-seçkiliklə bağlıdır: “Bir çox hallarda onların digər uşaqlarla bərabər oynamaq və onlar qədər həyatdan zövq almaq imkanları məhdudlaşır ki, bu da onları hər cür zorakılıq, sui-istifadə kimi hallarla üzləşmə riskinə məruz qoyur”.

Qeyd edək ki, Azərbaycanda əlilliyi olan və digər uşaqlar üçün mövcud olan imkanlardan istifadə etmədən böyüyən 60 minə yaxın uşaq var.

Mark Herevard qeyd edib ki? UNICEF BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsində Azərbaycanda təmsil olunan BMT agentliklərinin birgə qərarı nəticəsində hökumətə dəstək olmaq üçün aparıcı qurum kimi müəyyən olunub: “UNICEF-in BMT adından gördüyü işlər və təbliğatın nəticəsi olaraq Azərbaycan MDB məkanında ilk ölkədir ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulub və ilk hesabatını hazırlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR