Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi dəyişməyib və 12 815 bənd təşkil edib, S&P 500 0,01% - 1 380 bəndədək, Nasdaq 0,02% - 2 904 bəndədək enib.
«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına daxili və xarici amillər təsir edib. Bazara təsir edən xəbərlər sırasında ABŞ-da büdcə kəsiri və dövlət borcu ilə əlaqəli olan problemlərin həll edilməməsi ilə bağlı qeyri-müəyyənlik, Yunanıstan parlamentinin xərclərin 9,4 mlrd. avro azaldılmasını və 4,2%-lik səviyyədə iqtisadi geriləməni nəzərdə tutan 2013-cü il üçün dövlət büdcəsinin qəbulunu qeyd etmək olar.
Avropa fond bazarlarında noyabrın 12-də FTSE 100 indeksi 0,04% - 5 767 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 7 169 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,4% - 3 412 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 724,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2685 (-0,2%) dollar təşkil edir.