Rusiya Olimpiya Komitəsi Bakıda keçiriləcək I Avropa Oyunlarına dəstək olmaq istəyir

Rusiya Olimpiya Komitəsi Bakıda keçiriləcək I Avropa Oyunlarına dəstək olmaq istəyir
# 11 dekabr 2012 12:30 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Rusiya 2015-ci ildə təşkil ediləcək yarışda ölkəmizə hər cür dəstək verməyə hazırdır.

Bu ölkənin Milli Olimpiya Komitəsi Azərbaycandan olan həmkarları ilə əməkdaşlıq etmək istəyini açıqlayıb. Şimal qonşularımız bəyan edib ki, Avropa Oyunlarının təşkili prosesində Azərbaycan Milli Olimpiya Komitəsinə öz töhfələrini verə bilərlər.

Qeyd edək ki, Rusiya Avropa Oyunlarından 1 il öncə Soçi Qış Olimpiya Oyunlarını keçirəcək. Bu isə SSRİ dağıldıqdan sonra bu məkanda baş tutacaq ilk belə yarışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR