Eldar İbrahimov və Azay Quliyev Rumıniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Eldar İbrahimov və Azay Quliyev Rumıniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
# 06 dekabr 2012 15:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Milli Məclisinin deputatları xaricdə keçirilən bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev Rumıniyada keçiriləcək parlament seçkilərini izləmək üçün dekabrın 7-də Buxarest şəhərinə səfər edəcəklər. Millət vəkilləri ATƏT Parlament Assambleyasının müşahidə missiyasının tərkibində seçkilərə qatılaraq prosesin gedişatına, seçicilərin fəallığına, prosedur qaydalara riayət olunmasına diqqət yetirəcəklər.

Dekabrın 10-da isə E.İbrahimov Türkiyəyə səfər edəcək. Komitə sədri İstanbul şəhərində sabiq prezident Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirə qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR