Gürcüstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır
# 26 dekabr 2012 15:29 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Gürcüstan qış mövsümündə Azərbaycandan elektrik enerjisi idxal etmək niyyətindədir. APA-nın xəbərinə görə, bunu Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, qış aylarında Gürcüstanın elektrik enerjisinə tələbatı artır: “Artıq Rusiyadan enerji idxal edirik. Eyni zamanda Azərbaycandan da idxala başlamaq istəyirik”.

Gürcüstanın baş naziri Bidzina İvanişvilinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Bakıya səfər edən K.Kaladze bu məsələni azərbaycanlı həmkarı ilə müzakirə edəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR