Azərbaycan ərazisində havanın hərarəti 8-10 dərəcə aşağı düşəcək

Azərbaycan ərazisində havanın hərarəti 8-10 dərəcə aşağı düşəcək
# 12 dekabr 2012 10:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Sabah Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.

Dekabrın 13-də axşamdan ölkə ərazisində hava şəraitinin soyuyacağı, ayın 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR