Astara rayonunda qətl hadisəsi baş verib

Astara rayonunda qətl hadisəsi baş verib
# 07 dekabr 2012 07:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Astara rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Səməd Vurğun küçəsi ev 97-də yaşayan 1960-cı il təvəllüdlü Hümmətov Nazim Əhədulla oğlu ilə həmin küçədə yaşayan 1990-cı il təvəllüdlü Elmar Əhmədov arasında şəxsi münasibətlər zəmində mübahisə baş verib. Mübahisə zamanı E. Əhmədov N. Hümmətovu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR