Lənkəranın daha 7 yaşayış məntəqəsinə təbii qaz verilib - FOTO

Lənkəranın daha 7 yaşayış məntəqəsinə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 21 dekabr 2012 16:44 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-PA. Dekabrın 21-də Lənkəran rayonunun daha 7 yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub. APA-nın Cənub bürosunun məlumatına görə, , Şürük, Türkəkəran, Moğnojba, Səpnəkəran, Bürcəli, Xanbulan, Daşdalığjar kəndlərinə təbii qazın verilişi münasibətilə keçirilən mərasimdə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Qağaməli Seyfullayev yerli sakinlərə əlamətdar hadisə münasibətilə təbrik və yeni il arzularını çatdırıblar. Yerli sakinlər isə çıxışlarında onların sosial problemlərinin həllinə həssaslıqla yanaşdığı üçün dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, Şürük kəndinin 360, Türkəkəran kəndinin 350, Səpnəkəran kəndinin 340, Bürcəli kəndinin 580, Xanbulan kəndinin 315, Daşdalığjar kəndinin 250, Moğnojba kəndinin 165 abonenti, ümumilikdə 2360 abonent 21 illik fasilədən sora ilk dəfə olaraq təbii qazla təchiz edilib. Bunun üçün birpilləli sistem əsasında ümumi uzunluğu 91702 metr olan müxtəlif diametrli politelin və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bütün abonentlərin evlərində sayğac, həyətlərdə isə fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR