Rusiyanın aparıcı texnika istehsalçılarından biri Azərbaycanda tərəfdaş axtarır

Rusiyanın aparıcı texnika istehsalçılarından biri Azərbaycanda tərəfdaş axtarır
# 03 dekabr 2012 12:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Traktorlarla aqreqatlaşdırıla bilən məişət və inşaat texnikasının geniş nomenklaturasının istehsalını həyata keçirən Rusiyanın «OrelStroyMash» şirkəti Azərbaycanda tərəfdaş və idxalçılar axtarır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, «OrelStroyMash» sistern qoşmalar, torpaqqazan texnika, asma avadanlıqlar, kommunal texnika, yol-tikinti texnikası istehsal edir. Bundan başqa, zavodda kotan və otçalan maşın, ekskavator və traktor, suvarma avadanlığı istehsal olunur.

«OrelStroyMash» şirkətinin təklifində maraqlı olanlar Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR