Bakıda MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 05 dekabr 2012 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV yubiley iclası işinə başlayıb. APA-nın məlumatına görə, tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabana Heydər Əliyevin, Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanı ziyarət ediblər.

Konfransda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Serik Abdenov, Rusiyanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tatyana Blinova və digər dövlətlərdən nümayəndələr, beynəlxalq ekspertlər iştirak ediblər.

İclasda XXIV Məşvərət Şurasında qəbul edilən qərarların icra vəziyyəti, həmçinin MDB-nin iştirakçısı olan dövlətlərin sosial və əmək sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunur. Tədbir iştirakçıları əmək normaları, iş şəraiti, rejimi, saatları, peşə standartları və peşələrin qarşılıqlı tanınması, həmçinin əmək miqrasiya, sosial müdafiə sahəsində milli internet resurslarının yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılır.

Tədbirdə çıxış edən nazir Fizuli Ələkbərov bildirib ki, Azərbaycanda əmək və sosial məsələlərin həlli istiqamətində mühüm işlər görülüb, müəyyən nailiyyətlər əldə olunub: “Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurası isə MDB məkanında təşkilati-hüquqi bazaya çevrilib. Şuranın 25-ci yubileyinin Azərbaycanda keçirilməsi MDB ölkələri arasında əmək, sosial və miqrasiya sahələri üzrə birgə qarşılıqlı fikir mübadiləsinin aparılmasına, mövcud problemlərin həllinə əlavə imkanlar yaradacaq”.

İclasın davamında “Əlil idmançılara dəstək Belarus Milli Fondu”nun əlil arabalarına məhkum olan şəxslərin rəqs və təbiətlə təmas sayəsində sosial reabilitasiyasını nəzərdə tutan tədbirlərə MDB dövlətlərinin qoşulması təklif olunub. Eyni zamanda Məşvərət Şurasının MDB-yə üzv olan iştirakçı dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə saytının yaradılması ilə bağlı hazırlıq işləri müzakirə edilib. Yekunda Məşvərət Şurasının XXVI iclasının keçiriləcəyi yer, tarix və iclasın gündəliyi müəyyənləşdirilib.

Qeyd edək ki, MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV yubiley iclası dekabrın 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR