Komitə sədri: “Sərhədlərin delimitasiyası ilə bağlı irəli sürülən iddialar müzakirələr çərçivəsində razılaşdırılır” - FOTO

Komitə sədri: “Sərhədlərin delimitasiyası ilə bağlı irəli sürülən iddialar müzakirələr çərçivəsində razılaşdırılır” - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 08:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Q. Məmmədov bildirib ki, razılaşdırılmamış sərhədlərlə bağlı danışıqların başlanması üçün aidiyyatı sənədləşmə prosesi başlanıb: “Hələlik Azərbaycan tərəfi diplomatik kanallarla Gürcüstan tərəfindən dəvət gözləyir. Dəvət nə zaman reallaşacaqsa, bu zaman danışıqlara başlanacaq”.

Komitə sədri jurnalistlərin suallarına cavab olaraq iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı mübahisə doğuracaq məntəqələrin olmadığını deyib: “SSRİ zamanında Azərbaycan və Gürcüstan, həmçinin digər respublikalar qəbul olunan sərhədlər çərçivəsində yaşayıb. Doğrudur, bəzən müəyyən iddialar irəli sürülür. Müzakirələr çərçivəsində bu məsələlər razılaşdırılır. Bu mübahisələr xəritələrlə öz həllini tapır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR