Bakıda sinif yoldaşını qətlə yetirən şəxs həbs edilib

Bakıda sinif yoldaşını qətlə yetirən şəxs həbs edilib
# 30 noyabr 2012 12:36 (UTC +04:00)

Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən məlumat verilib.

Məlumat görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, 1995-ci il təvəllüdlü Kamil Mübariz oğlu Kazımovu bıçaqlayaraq qətlə yetirən şəxsin onun sinif yoldaşı, Tural Rasim oğlu Səfərli olması müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, məlum hadisə ötən gecə Nəsimi rayonu, 5-ci mikrorayon ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1995-ci il təvəllüdlü Kamil Mübariz oğlu Kazımov naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin qız üstündə baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR