Misir vəqflər nazirinin müavini: “Azərbaycana gələndə sanki uçurumdan inkişafa qədəm basdım”

Misir vəqflər nazirinin müavini: “Azərbaycana gələndə sanki uçurumdan inkişafa qədəm basdım”
# 19 dekabr 2012 10:35 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Azərbaycana gələndə sanki uçurumdan inkişafa qədəm basdım”. APA-nın məlumatına görə, bunu “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxış edən Misir vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd deyib.

O bildirib ki, xoş münasibət, tolerantlıq Allahın buyruğudur və sülhün əsasıdır: “Azərbaycan bu məsələdə öncüllük edir. Buna görə Azərbaycan hökumətinə, dini liderlərinə təşəkkür edirəm”.

Abdel Abdullah əl-Fəlah qeyd edib ki, İslamda məcburiyyət yoxdur: “Dialoq olan yerdə mümkün deyil ki, sülh olmasın. Dialoq olmayan yerdə də sülh ola bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR