Dəməşqdə törədilmiş partlayış nəticəsində 4 nəfər həlak olub, 20-dən çox insan yaralanıb

Dəməşqdə törədilmiş partlayış nəticəsində 4 nəfər həlak olub, 20-dən çox insan yaralanıb
# 12 dekabr 2012 19:45 (UTC +04:00)

Bakı-APA. Suriya DİN-nin binası qarşısında bu gün törədilmiş partlayış nəticəsində 4 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. APA-nın məlumatına görə, bu barədə “Röyter” agentliyi Livanın “Əl-Manar” telekanalına istinadən xəbər verir.

Suriya KİV-lərin məlumatına əsasən, DİN-nin binası qarşısında əvvəlcə minalanmış avtomobil partladılıb, sonra isə daha 2 partladıcı qurğu işə salınıb. “Röyter” agentliyi qeyd edir ki, DİN-nin binası yerləşən Qafar Süsə rayonu son vaxtlar hökumət qüvvələri ilə silahlı müxalifət arasında şiddətli qarşıdurma meydanına çevrilib.

Bundan əvvəl “SANA” Suriya dövlət agentliyi terrorçuların baş prokurorluğun binası yaxınlığında iki partlayış törədilməsi barədə xəbərə verib. Partlayış nəticəsində bir nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR