Misir rəhbərliyi: Konstitusiya bəyannaməsi bütün siyasi qüvvələrlə müzakirə olunub

Misir rəhbərliyi: Konstitusiya bəyannaməsi bütün siyasi qüvvələrlə müzakirə olunub
# 23 noyabr 2012 22:07 (UTC +04:00)

Bakı-APA. Noyabrın 22-də Misir prezidenti Məhəmməd Mürsinin açıqladığı yeni konstitusiya bəyannaməsi, ölkədəki keçid dövrünə son qoyacaq və ölkənin bütün siyasi qüvvələri ilə müzakirədən sonra qəbul olunub. Bu barədə Misir prezidenti administrasiyasının rəsmi nümayəndəsi Yasir Əli bəyan edib.

Noyabrın 22-də Məhəmməd Mürsi yeni konstitusiya bəyannaməsini elan edib. Bəyannaməyə görə prezidentə müstəsna qanunverici səlahiyyətlər verilir, məhkəmə orqanları isə parlamentin yuxarı palatasının və yeni konstitusiya üzərində işləyən komissiyanın üzərində nəzarət funksiyasını itirirlər. Ölkənin demokratik qüvvələri bəyannaməyə qarşı sərt çıxış edərək Mürsinin hərəkətlərini «çevriliş» adlandırıblar. Bir sıra ölkələr, o cümlədən ABŞ da narahatlıqlarını ifadə ediblər.

Prezidentin minlərlə əleyhdarı böyük şəhərlərin küçələrinə çıxıblar. Bir sıra şəhərlərdə Mürsini dəstəkləyən «Müsəlman qardaşlar» hərəkatının qərargahları yandırılıb.

Eyni zamanda Qahirədə «Müsəlman qardaşlar»ın Mürsini dəstəkləyən aksiyası keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR