Qaxda güclü yanğın baş verib - VİDEO

Qaxda güclü yanğın baş verib - <span style="color: red;">VİDEO
# 25 iyul 2014 02:37 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda güclü yanğın baş verib. Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın naməlum səbəbdən iyul ayının 24-ü axşam saatlarında rayonun qonşu Gürcüstan Respublikası ilə həmsərhəd ərazilərinin yaxınlığında (Qanıx (Alazan) çayı sahili) “Minbərək” adlanan ərazidə təxminən 25 hektar ərazini əhatə edən quru ot və kol-kos olan sahədə baş verib.


Yanğının böyüklüyünü və yanğının genişlənərək yaxınlıqdakı İlisu Dövlət Təbiəti Qoruğuna aid meşə zolağına keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Qax rayon DYMH-nin texnikaları və canlı qüvvəsi və Zaqatala rayon DYMH-dən bir yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.


Ərazidə baş verən yanğının söndürülməsində FHN-nin Qax və Zaqatala rayonlarının DYMH-nin canlı qüvvəsi ilə birgə Qax Dövlət Yasaqlığının əməkdaşları və rayonun Üzümlü kənd sakinləri iştirak edir.


Hazırda ərazidə yanğının məhdudlaşdırılması istiqamətində iş gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR