Gürcüstanda dövlət məmurları bütün imtiyazlardan məhrum ediləcək

Gürcüstanda dövlət məmurları bütün imtiyazlardan məhrum ediləcək
# 13 dekabr 2012 10:09 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Məmurlar bütün imtiyazlardan məhrum olunacaq, əldə olunan pullar isə ehtiyacı olan əhalinin şəraitinin yaxşılaşdırılmasına sərf ediləcək”. APA-nın “Qruziya-online” saytına istinadən verdiyi məlumata görə, bu barədə aztəminatlı vətəndaşlarla görüşdə Gürcüstan baş naziri Bidzina İvanişvili deyib. O bildirib ki, yeni hökumət prioritetləri düzgün müəyyənləşdirmək və ilk növbədə yoxsullara kömək etmək niyyətindədir: “Bu il biz sizə ayrılan vəsaitin həcmini iki dəfə artırmışıq, gələn il isə bu vəsait dörd dəfə artırılacaq”.

Qeyd edək ki, aztəminatlı vətəndaşlar onlara dövlət tərəfindən təqdim olunan mənzillərin kirayə pulunu ödəmək istəmirlər və daimi yaşayış üçün mənzillər verilməsini tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR