Azərbaycanda bütün strateji obyektlərin seysmik dayanıqlılığını yoxlamaq təklif olunur

Azərbaycanda bütün strateji obyektlərin seysmik dayanıqlılığını yoxlamaq təklif olunur
# 07 dekabr 2012 10:45 (UTC +04:00)

Bu barədə APA-ya Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.


Onun sözlərinə görə, artıq rəhbərlik etdiyi institut tərəfindən tikinti obyektlərinin seysmik dayanıqlığına nəzarət etmək məqsədilə hazırlanan yeni layihə hökumətə təqdim olunub: “Hazırda layihə müzakirə mərhələsindədir. Yeni layihədə məqsəd baş verə biləcək zəlzələlərin nəticəsində dəyəcək ziyanı minimuma endirməkdir. İl ərzində Azərbaycan ərazisində bir neçə hiss olunan zəlzələlər olur. Eyni zamanda yağış və qrunt suları da binaların seysmodayanıqlığına təsir göstərə bilir. Buna görə də ilkin olaraq Bakı ərazisində və strateji obyektlərdə hər bir bina üçün lokal seysmik monitorinq mərkəzi düzəldilməlidir”.

Qeyd edək ki, layihəyə əsasən, tikinti obyektlərinin seysmodayanıqlığının vəziyyəti haqqında informasiya binanın həssas nöqtələrində quraşdırılmış vericilərdən lokal sistemə ötürüləcək. Sistemin serverində həm seysmoakustik, həm də bütün lokal sistemlərdən alınan informasiya anomal seysmik proseslərin başlanması anının və nisbətən həssas tikinti obyektlərinin seysmodayanıqlığının dəyişməsinin monitorinqini həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR