Aeroport yolunda zəncirvarı qəza baş verib, yaralılar var

Aeroport yolunda zəncirvarı qəza baş verib, yaralılar var
# 24 dekabr 2012 20:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda zəncirvarı yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə axşam saat 20.00 radələrində aeroport yolunda qeydə alınıb. “QAZ-53”, “Nissan”, “VAZ-2106”, “VAZ-2107” və “Mercedes” markalı avtomobillərin iştirakı ilə baş verən qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, məlum qəza nəticəsində onlara yüngül bədən xəsarətləri ilə 5 nəfər yaralı daxil olub. Onlardan ikisi Türkiyə vətəndaşı olan azyaşlılar olub. Orta məktəb şagirdləri olan 7 yaşlı Bakir Qəmzə və 8 yaşlı Adıgözəl ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR