Türkmənistan prezidentinin əfv etdiyi 4 Azərbaycan vətəndaşı Bakıya qayıdıb

Türkmənistan prezidentinin əfv etdiyi 4 Azərbaycan vətəndaşı Bakıya qayıdıb
# 13 dekabr 2012 09:01 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Əfv olunan dörd azərbaycanlı dünən günorta öz gəmiləri ilə yola düşüblər və bu gün Bakıya çatıblar.

Xatırladaq ki, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov “Uran” gəmisində həbs edilmiş dörd azərbaycanlını əfv edib.

Əfv olunan Azərbaycan vətəndaşları Ağacanov Nizami İsmayıl oğlu, Əliyev Kənan Əliheydər oğlu, Nağıyev Kamran Ayaz oğlu və Nağıyev İsrafil Məmmədhüseyn oğludur. Heyətində 4 Azərbaycan vətəndaşı olan “Uran” gəmisi oktyabrın 21-də qanunsuz balıq ovunda ittiham olunaraq Türkmənistan sərhədçiləri tərəfindən saxlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR