Azərbaycanda IPI indeksinin azalması davam edir

Azərbaycanda IPI indeksinin azalması davam edir
# 19 dekabr 2012 13:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2012-ci ilin noyabr ayında 90,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks oktyabr ayı ilə müqayisədə 8,4 faiz bəndi azalıb:

Göründüyü kimi, ardıcıl iki aydır Azərbaycanda IPI indeksinin azalması baş verir.

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks noyabr ayında istehsal edilmiş məhsulun dəyəri (2,487 mlrd. manat) oktyabrda istehsal edilmiş məhsulun dəyərinə (2,742 mlrd. manat) bölünməsi yolu ilə hesablanıb.

Göründüyü kimi, enmə ilə yanaşı indeks 100% həddindən aşağı düşüb. Bu, noyabrda istehsalın aylıq müqayisədə azalmasından xəbər verir. Bu azalma həm mədənçıxarma, həm də emal sənayesi hesabına baş verib. Belə ki, mədənçıxarma sənayesində istehsalın həcmi noyabr ayında təxminən 238,8 mln. manat, emal sənayesində istehsalın həcmi isə 39,9 mln. manat azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR