Milli Olimpiya Komitəsində 2012-ci ilə yekun vurulub, idmançılara və məşqçilərə mükafatlar təqdim olunub - FOTOSESSİYA - YENİLƏNİB

Milli Olimpiya Komitəsində 2012-ci ilə yekun vurulub, idmançılara və məşqçilərə mükafatlar təqdim olunub   - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 18 dekabr 2012 16:57 (UTC +04:00)

Bakı – APA. Dekabrın 18-də Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekun vurulub, idmançılara və məşqçilərə mükafatlar təqdim olunub. APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlət başçısı tədbirdə nitq söyləyib.

Sonra prezidentin sərəncamı ilə ölkədə idmanın inkişafındakı xidmətlərinə görə Namiq Abdullayevə, Məmməd Eyvazova, Rəhman Hətəmova, Ceyhun Məmmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları təqdim edilib. Ölkədə idmanın inkişafında xidmətləri olan Yaşar Allahverdiyevə, Fikrət Südeifzadəyə və Ramiz Yusifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib. Olimpiya Oyunları çempionları Valeri Belenkiyə, Toğrul Əsgərova və Şərif Şərifova Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin verilməsi barədə prezident sərəncamı oxunub. Dövlət başçısı Toğrul Əsgərova və Şərif Şərifova MOK-un “Olimpiya” ordenini təqdim edib.

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafındakı xidmətlərinə görə Eldar Qazıbəyov, Zaur Paşayev və Sadiq Heydərov MOK-un prezidentinin fəxri fərmanı ilə təltif olunublar.

Daha sonra İ. Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkədə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman xadiminə yeni mənzillərin orderlərini təqdim edib.

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova medalların hazırlanması üzrə tanınmış mütəxəssis İvan Kopıtkinin hazırladığı Heydər Əliyevin barelyefini İlham Əliyevə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR