Göyçayda III-V əsrlərə aid daş qəbir abidəsi tapılıb - FOTOSESSİYA

Göyçayda III-V əsrlərə aid daş qəbir abidəsi tapılıb - <span style="color: red;">FOTOSESSİYA
# 18 dekabr 2012 18:08 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunun Yekəxana kəndi ərazisində qədim dövrə aid daş qəbir abidəsi aşkar edilib. APA-nın məlumatına görə yolun təmiri məqsədilə kəndin yuxarı hissəsindəki dağın yamacında torpaq qazıntısı aparılarkən oradan qeyri-adi daş qəbrin çıxması kənd camaatının marağına səbəb olub. Göyçay rayon mədəniyyət və turizm şöbəsinin, tarix diyarşünaslıq muzeyinin əməkdaşları, eləcə də arxeoloq və tarixçilər əraziyə baxış keçiriblər.

Mütəxəssislərin fikrincə bu qəbir abidəsi təxminən bizim eranın III-V əsrlərinə aid sarkofaq tipli qəbir abidəsidir. Ölçülərinə görə nəhəng olan bu qəbir abidəsi kişiyə aid qəbirdir. Bu qəbir qədimliyinə və quruluşuna görə Azərbaycan ərazisində birinci tapıntı sayıla bilər. Qəbrin uzunluğu 2 m 20 sm, eni 80 sm, hündürlüyü 75 sm-dir. Qəbirin üstü açıq olduğu üçün sümüklər eroziyaya uğrayıb. Bu səbəbdən həmin ərazidə arxeoloji tədqiqatların aparılmasına ehtiyac duyulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR