Bank Of Baku

Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib

Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
# 22 iyul 2026 17:12 (UTC +04:00)

Milli Mətbuatın yaranmasının 151 illiyi münasibətilə Göygöl rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

İH başçısı Vüqar Novruzov ölkədə mətbuatın keçdiyi inkişaf yolundan söz açıb. O, mətbuatın təkcə informasiya vasitəsi deyil, həm də ictimai nəzarətin və vətəndaş cəmiyyətinin mühüm dayağı kimi çıxış etdiyini qeyd edib.

Çıxış edənlər Azərbaycan mətbuatının formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu vurğulayıblar. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın informasiya sahəsində müasir çağrışlara cavab verən, peşəkar, etik dəyərlərə sadiq medianın formalaşmasına dəstək göstərdikləri bildirilib.

Sonda media nümayəndələrinə təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Təltif olunanlar arasında APA-nın əməkdaşı Fuad Nazimoğlu da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR