“Qafqazinfo”nun xanım əməkdaşı və anası qətlə yetirilib

“Qafqazinfo”nun xanım əməkdaşı və anası qətlə yetirilib
# 12 noyabr 2012 06:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakının Xəzər rayonunda dəhşətli qətl törədilib. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Rayon sakini Mənsim Kərim oğlu Mənsimov həyat yoldaşı Zemfira Mənsimovanı və qızı Sevinci baltalayaraq qətlə yetirib.

Hadisəni törədən M. Mənsimov daha sonra intihar edib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Qeyd edək ki, Sevinc Mənsimova “Qafqazinfo.az” saytının müxbiridir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR