Bakıda sərnişindaşımaların optimallaşdırılması məqsədilə 20-dən artıq avtobus marşrutu bağlanıb

Bakıda sərnişindaşımaların optimallaşdırılması məqsədilə 20-dən artıq avtobus marşrutu bağlanıb
# 04 dekabr 2012 11:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhərində bir sıra sərnişin avtobus marşrutları bağlanıb. Bu barədə «APA-Economics»ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Mərkəzdən verilən məlumata əsasən, bağlanan sərnişin avtobus marşrutları sırasında 4, 7, 19, 27, 34, 41, 58, 63, 68, 72, 74, 89, 112, 114, 117, 138, 178, 180, 182, 203 və 206 saylı marşrutlar mövcuddur.

Hazırda Azərbaycan Nəqliyyat Nazirliyi marşrutların optimallaşdırılması istiqamətində müvafiq işlər həyata keçirir, bir birini təkrar edən marşrutlar tənzimlənir və birisi çıxarılaraq digər marşruta salınır. Eyni zamanda, təhlükəsizlik tələblərinə əməl etməyən sərnişindaşıma ilə məşğul olan sahibkarlar müvafiq xəbərdarlıq alır və fəaliyyətində dəyişiklik etməyən sahibkarlar işdən uzaqlaşdırılır. Artıq bu sahədə sahibkarların sayı 30% azaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR