Azərbaycanda 26 bələdiyyənin fəaliyyətində cinayət xarakterli hüquq pozuntuları aşkarlanıb

Azərbaycanda 26 bələdiyyənin fəaliyyətində cinayət xarakterli hüquq pozuntuları aşkarlanıb
# 22 noyabr 2012 09:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu il ərzində inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı 20% artaraq 40 000 təşkil edib. Onların 1300-ü Ədliyyə Nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. APA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd olunub. Nazir fəaliyyəti araşdırılmış 38 bələdiyyənin 26-da cinayət xarakterli hüquq pozuntularının , o cümlədən maliyyə əyintilərinin aşkar edilərək materiallarının prokurorluğa göndərdiyini də vurğulayıb: “Bələdiyyə aktlarını vaxtında təqdim etməyən 409 bələdiyyə sədri barəsində məhkəmələrə inzibati xəta haqqında protokollar təqdim olunub. Bələdiyyələrin qanunsuz ayırdığı 3200 hektardan çox torpaq sahəsi isə geri qaytarılıb. Bununla yanaşı, 3500-dən artıq bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilən kurslara cəlb olunub, onlar üçün 9 metodik vəsait hazırlanıb” .

F. Məmmədov cari ildə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinə 44 ekspert ixtisası üzrə 18000-dən çox iş daxil olduğunu, onlardan da 86,3%-nin icra olunduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR