Bakıda GUAM Parlament Assambleyasının beşinci iclası keçiriləcək

Bakıda GUAM Parlament Assambleyasının beşinci iclası keçiriləcək
# 06 dekabr 2012 15:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Dekabrın 19-20-də Bakıda GUAM Parlament Assambleyasının növbəti - beşinci iclası keçiriləcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbir qonaqların sayı baxımından təşkilatın tarixində ən geniş tərkibli iclas olacaq. İclasda quruma üzv olan Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament ölçüsünün və Vişeqrad qrupu ölkələrinin nümayəndələri, o cümlədən TürkPA-nın təmsilçisi qonaq qismində iştirak edəcəklər. Toplantıya Azərbaycanın bir sıra nazirliklərinin, Milli Elmlər Akademiyasının və Bakıda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunublar.

İclasda quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri: Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı: Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR